НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Botanika İnstitutunun əməkdaşları Ümumrusiya Gənclərin Elmi-Praktiki konfransında iştirak ediblər
Дек 09, 2021 | 11:25 / Важные события
Прочитано 373 раз (-а)

Başqırdıstan Dövlət Universiteti və Dövlət Qoruğunun təşkilatçılığı ilə “Mühafizə olunan ərazilərdə biomüxtəlifliyin qorunmasının aktual problemləri” adlı Ümumrusiya Gənclərin Elmi-Praktiki məktəb-konfransı keçirilib.

Tədbir biomüxtəlifliyi qorumağın nəzəri və praktiki əsasları, nadir növlərin tədqiqi, təbiət qoruqlarının inkişafı perspektivləri, biomüxtəlifliyin qorunması sahəsində mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi və s. kimi mövzulara həsr olunub.

Onlayn formatda keçirilən tədbirdə dinləyicilərə Rusiya Federasiyası, Azərbaycan, Belarus və Türkmənistan Respublikalarından bitki müxtəlifliyinin qorunması istiqamətində fəaliyyət göstərən aparıcı ekspertlər və alimlər tərəfindən mühazirələr oxunub.

AMEA-nın Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası şöbəsinin müdiri, b.ü.e.d., dosent Naibə Mehdiyeva “Современные подходы к исследованию популяций редких видов растений” elmi işçiləri Nigar Mürsəl “Modern approachs to the investigations of rare species in Azerbaijan” və Şəbnəm İsayeva “Особенности растительности грязевых вулканов Азербайджана”, Toxum Bankı sektorunun müdiri Aida İbrahimova “Ex situ сохранение и устойчивое использование растительного разнообразия Азербайджана” adlı mövzularla konfransda məruzə ediblər.

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, geniş müzakirə aparılıb. Sonda iştirakçılar sertifikata layiq görülüblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА