НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mikrobiologiya İnstitutunun əməkdaşları Şuşanın içməli su mənbələri ilə bağlı tədqiqatlar aparıblar
Сен 20, 2021 | 04:38 / Важные события
Прочитано 710 раз (-а)

AMEA-nın Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d., dosent Könül Baxşəliyeva, Su mikrobiologiyası laboratoriyasının müdiri, b.ü.f.d., dosent Anar Hüseynov, elmi işçi Gülnarə Həsənova və kiçik elmi işçi Əfsanə Cəmilli Şuşa şəhərində ezamiyyətdə olublar.

Ezamiyyət Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Publik Hüquqi şəxsin İdarə heyəti sədrinin dəvəti əsasında baş tutub. Səfərin məqsədi şəhəri içməli su ilə təmin edən təbii mənbələrin bioloji, ilk növbədə mikrobioloji-toksikoloji təhlükəsizliyinin təminatı ilə bağlı elmi-metodik xarakterli məsləhətləşmələr aparmaq və müvafiq nümunələr götürmək, eləcə də gələcəkdə görülməsi zəruri olan işlər haqqında fikir mübadiləsi aparmaq olub.

Ezamiyyət ərzində Şuşa şəhərinin su təminatına aid mənbələrdən nümunələr götürülüb, bəzi göstəricilər yerində müəyyənləşdirilib. Qoruq rəhbərliyinin yaratdığı əlverişli şərait institut əməkdaşlarına həm bitkilərdən, həm də torpaqlardan nümunələr götürməyə imkan verib. Götürülən nümunələr Laçın dəhlizini də əhatə edib.

Hazırda əldə edilən nümunələrin institutun Mikrobioloji biotexnologiya, Su mikrobiologiyası, Eksperimental mikologiya və Torpaq mikrobiologiyası laboratoriyalarında analizi aparılır.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА