НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda doktoranturaya qəbul imtahanları keçirilib
Сен 22, 2021 | 09:00 / Важные события
Прочитано 694 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 2021-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə “Molekulyar Biologiya”, “Biokimya” və “Biotexnologiya” ixtisaslarından doktoranturaya qəbul imtahanları keçirilib.

Fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanlarının keçirilməsi üçün institutda təşkil olunan müvafiq komissiyaların sədri, institutun direktoru, akademik İradə Hüseynova, “Molekulyar Biologiya” ixtisası üzrə komissiyanın üzvləri – AMEA-nın müxbir üzvü İlham Şahmuradov, biologiya üzrə fəlsəfə doktorları - Ələmdər Məmmədov, Nurməmməd Mustafayev və institutun Təhsil şöbəsinin müdiri Samirə Rüstəmova, “Biokimya” ixtisası üzrə komissiyanın üzvləri - AMEA-nın müxbir üzvü Novruz Quliyev, biologiya elmləri doktorları, professor Səftər Süleymanov, Həsən Babayev və Samirə Rüstəmova, “Biotexnologiya” ixtisası üzrə komissiyanın üzvləri - biologiya elmləri doktoru Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Sədaqət Əsədova, Mahirə Məmmədova və Samirə Rüstəmovadır. 

İmtahan komissiyası “Molekulyar Biologiya” ixtisası üzrə iddiaçı Lalə İbadullayevanın, “Biokimya” ixtisası üzrə iddiaçı Zümrüd Yunusovanın, “Biotexnologiya” ixtisası üzrə iddiaçılar Aytac Mürşüdzadə və Çilənay Ələkbərovanın imtahan nəticələrini müvafiq balla qiymətləndirib.

Qeyd edək ki, imtahan prosesində AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubuxanım Qasımzadə və baş mütəxəssisi Sevinc Əliyeva da iştirak ediblər.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА