НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çapa qəbul olunub
Июл 31, 2021 | 03:00 / Новые публикации
Прочитано 296 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və ABŞ Fraunhofer Molekulyar Biotexnologiya Mərkəzinin əməkdaşlarının (İradə Hüseynova, Aytən Ağayeva və Stephen Streatfield) birgə tədqiqat işinin nəticələrinin əks olunduğu “AZ-130 strain from oil-contaminated soil of Azerbaijan: isolation, antibacterial screening and optimization of cultivation  conditions” adlı məqaləsi “Web of Science”, “Scopus” və “RSCİ” bazalarında indeksləşən nüfuzlu “Microbiology” jurnalında çapa qəbul edilib. Sözügedən jurnalın impakt faktoru 1,156-dır.

Məqalə Azərbaycanın neftlə çirklənmiş torpaqlarından AZ-130 ştammının izolyasiyası, antibakterial fəallığı və antibakterial birləşmənin yüksək miqdarda sintezi üçün ştammın qida mühitinin optimallaşdırılmasına həsr edilib. Eyni zamanda AZ-130 ştammda sintez olunan birləşmələrin ştammdan toplanmış supernatant HPLC metodu vasitəsilə analiz edilib. AZ-130 ştammının göstərdiyi güclü antibakterial fəallığın bir molekul tərəfindən təmin edildiyi müəyyənləşdirilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА