НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Fiziologiya İnstitutunun şöbələri hesabat verib
Июн 23, 2021 | 04:20 / Конференции, собрания
Прочитано 864 раз (-а)

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Daha sonra müəssisənin şöbələrinin və ona daxil olan laboratoriyaların 2021-ci ilin I yarımilliyi üzrə elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilib.

Təqdim edilən hesabatların qənaətbəxş olduğu, alınan elmi nəticələrin beynəlxalq miqyasda tanınması üçün xarici nəşrlərdə məqalələrin çapına diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА