НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mərkəzi Nəbatat Bağının əməkdaşları Azərbaycan Beynəxalq Məktəbinin qonağı olublar
Июн 08, 2021 | 12:00 / Встречи
Прочитано 790 раз (-а)

AMEA-nın Mərkəzi Nəbatat Bağının əməkdaşları, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev və Bağın baş aqronomu İlkin Şəfiyev Azərbaycan Beynəlxalq Məktəbini (TİSA) ziyarət ediblər.

Səfərin məqsədi məktəblilərin ekoloji biliklərinin artırılmasına təşəbbüs göstərməklə onlara yaşıllıqların salınması işində kömək etməkdən ibarət olub.

Azərbaycan Beynəlxalq Məktəbinin müəllimi Aleks Conson Bağın əməkdaşları ilə görüşərək onlara məktəb haqqında məlumat verib və müəssisənin ərazisi ilə tanış edib. Mərkəzi Nəbatat Bağının mütəxəssisləri tərəfindən məktəbin ərazisi nəzərdən keçirilib, uşaqlar üçün yeni yaradılacaq bağların yerləri və dizaynı müəyyənləşdirilib.

Sonda iki qurum arasında əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА