НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda beynəlxalq elmi-praktiki konfrans keçirilib
Июн 04, 2021 | 05:10 / Конференции, собрания
Прочитано 789 раз (-а)

3-4 iyun tarixlərində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Elm gününə həsr olunan “Aqrosenoz­ların torpaq-ekoloji problemləri və onların həlli yolları” mövzusunda onlayn beynəl­xalq elmi-praktiki konfrans keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhid əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açaraq Prezident İlham Əliyevin ölkəmizdə Elm gününün təsis edilməsi barədə Sərəncamının dövlət başçısının  Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də elm amilinin ölkədə  hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirib. Konfransa 86 məruzənin təqdim edildiyini deyən Fərid Mustafayev belə tədbirlərin keçirilməsinin gənc alimlər arasında elmi əlaqələrin gücləndirilməsində böyük rol oynayacağını qeyd edib. O, çıxışının sonunda konfransın işinə institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevin adından uğurlar arzulayıb.

Sonra konfransın təşkilat komitəsinin üzvləri, TAİ-nin Torpaq ekologiyası beynəlxalq laboratoriyasının mü­diri, dosent Zaman Məmmədov, Ryazan Dövlət Aqrotexno­logiya Universitetinin professoru Yuriy Majayskiy, Orta Asiyada və Zaqafqaziyada İCBA-nın koordi­natoru, Tottori Universitetinin profes­soru Kristina Toderiç və Qorqud Ata Dövlət Qızılorda Universitetinin professoru İbadulla Tayutinov çıxış edərək tədbirin mövzusunun vacibliyini vurğulayıb və bu istiqamətdə aparılan tədqiqatların zənginləşməsinə təkan verəcəyini söyləyiblər.

Konfrans öz işini iyunun 4-də məruzələrlə davam etdirib. Tədbirdə A.Əhmədova “Damcılarla suvarmanın torpaqların su-fiziki xassələrinə təsiri”, İ.Əliyeva “Gəncə Gəc zavodu ərazisində ekoloji monitorinq sisteminin təşkili”, K.Əliyeva “Abşeronda tərəvəzaltı torpaqların müasir ekoloji səciyyəsi”, T.İslamzadə “Gübrələrin norma və nisbətlərinin çəltik dəninin bəzi keyfiyyət göstəricilərinə təsiri” və digər mövzularda gənc alimlərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА