НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Torpaqşünas alim işğaldan azad olunmuş ərazilərdə tədqiqat aparıb
Мая 18, 2021 | 04:00 / Важные события
Прочитано 896 раз (-а)

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, dosent Zaman Məmmədov Mikrobiologiya İnstitutunun, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Milli Nüvə Tədqiqatları Mərkəzinin əməkdaşları ilə Füzuli rayonunda tədqiqat aparıb.

Tədqiqatda məqsəd ərazidəki torpaqlarda baş verən deqredasiya proseslərinin təhlili, tədqiqi və dəymiş zərərin öyrənilməsi olub. Bununla əlaqədar Füzuli rayonu və ətraf ərazilərdə ANAMA-nın icazə verdiyi sahələrdə 5 müxtəlif ərazidə GPS koordinatına bağlı torpaq və su nümunələri götürülüb. Məqsəd torpaqlarda münbitliyin azalmasının tədqiqi, texnogen və ağır metallarla çirklənmə, hərbi eroziyanın, torpaqların fiziki-kimyəvi xassələrinin və həmçinin torpaq landşaft komplekslərində yaranmış neqativ proseslərin öyrənilməsidir.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА