НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Mikrobioloq alim Füzuli və Xocavənddə tədqiqatlar aparıb
Мая 06, 2021 | 05:00 / Важные события
Прочитано 890 раз (-а)

AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə AMEA-nın Mikrobiologiya İnstitutunun Su mikrobiologiyası laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent Anar Hüseynov işğaldan azad edilmiş ərazilərdə  olub.

A.Hüseynov Füzuli və Xocavənd rayon ərazisində olan su və torpaqların vəziyyətinin mikrobioloji aspektdə qiymətləndirilməsi məqsədilə müşahidələr aparıb və laboratoriya anlizləri üçün nümunələr götürüb. Nümunə götürülən su mənbələrində oksigenin miqdarı, destruksiya göstəricisi, temperaturu və pH yerindəcə  təyin edilib.

Köndələnçay, Qozluçay Quruçay və Ağbulaq çayının töküldüyü su anbarından götürülən su, eləcə də torpaq nümunələrinin geniş tədqiqi  Mikrobiologiya İnstitutunun su mikrobiologiyası, mikrobioloji biotexnologiya və torpaq mikrobiologiyası laboratoriyalarında  davam etdirilməsi  nəzərdə tutulub.

Copyright © 2015 Институт Информационных Технологий НАНА