НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının iclası keçirilib
Апр 21, 2021 | 05:10 / Конференции, собрания
Прочитано 953 раз (-а)

Aprelin 21-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik İradə Hüseynova açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. O bildirib ki, 2021-ci tədris ilində institutda elmlər doktoru hazırlığı üzrə dissertanturaya 1 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya 3 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya isə 5 nəfər qəbul olub.

İclasda doktoranturaya yeni qəbul olunan doktorant və dissertantların dissertasiya mövzuları müzakirə edilərək müəyyənləşdirilib və onlara elmi rəhbərlər təyin edilib.

Daha sonra gündəlikdə duran digər məsələlər – institutun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasına sənəd təqdim etmiş iddiaçılar haqqında məlumatlar, koronavirusa qarşı müəssisə əməkdaşlarının vaksinasiyaya cəlb olunması və digər mövzular ətraflı müzakirə edilərək müvafiq qərarlar verilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА