НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
MBBİ-nin gənc alimləri Hərbi Qənimətlər Parkında olublar
Апр 26, 2021 | 11:00 / Важные события
Прочитано 965 раз (-а)

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Hərbi Qənimətlər Parkında olublar.

Gənc alimlər burada 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika, sursatlarla tanış olublar.

Qeyd edək ki, Parkda rəşadətli ordumuzun azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi qələbəmizin dünyaya sübutudur.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА