НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Azərbaycanlı alim COVID-19-a qarşı sprey formasında dərman və peyvənd hazırlayıb
Апр 19, 2021 | 01:00 / Важные события
Прочитано 864 раз (-а)

Türkiyənin Akdeniz Üniversitesində fəaliyyət göstərən azərbaycanlı professor, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən COVID-19-a qarşı sprey formasında dərman ve peyvənd hazırlanıb. Dərmanın əsasını “nikotiana benthamiana” tütün növünün yarpaqlarında istehsal edilən proteinin təşkil etdiyi bildirilib.

Alim virusun hüceyrəyə daxil olmasının qarşısını almaq üçün böyük əhəmiyyətə sahib olan ACE2 üzərində tədqiqat apardıqlarını qeyd edib.

Bədəndə COVID-19 virusu tərəfindən bloklanan bu fermentin azalmasının insan orqanizmində ciddi sağlamlıq problemi yaratdığını söyləyən T.Məmmədov reanimasiyada olan xəstələrin əksəriyyətində fermentin az miqdarda olmasının müşahidə edildiyini deyib.

“Tədqiqatlar zamanı bu fermentin çox miqdarda yaradılmasını təmin etdik. İnsanların həyatını xilas etmək üçün bu fermenti təqdim etməyə hazırıq. Bitkidən istehsal etdiyimiz zülallar həm sprey, həm də inyeksiya formasında müalicədə istifadə edilə bilər”, - deyə alim əlavə edib.

T.Məmmədov maliyyə mənbələri tapılarsa, dərmanı 4 ay ərzində bazara çıxara biləcəklərini vurğulayıb.

Aztibb.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА