НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
BDU-nun tələbələri Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda istehsalat təcrübəsi keçiblər
Апр 16, 2021 | 05:15 / Конференции, собрания
Прочитано 964 раз (-а)

Bakı Dövlət Universitetinin (BDU) IV kursda təhsil alan 22 tələbəsi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda martın 1-dən aprelin 15-dək 45 gün müddətində istehsalat təcrübəsi keçiblər.

İstehsalat təcrübəsi zamanı tələbələr institutun laboratoriyalarında müasir avadanlıq və texnologiyaların iş prinsipləri ilə tanış olublar. İnstitutun Bioadaptasiya, Bitki biotexnologiyası, Genomun quruluşu və ekspressiyası, Xloroplastların fotokimyası, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyalarında təcrübələrə qoşulan tələbələr burada tədrisdə əldə etdikləri bilikləri təcrübədə tətbiq etməklə texniki və fərdi bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Aprelin 16-da keçirilən seminarda istehsalat təcrübəsini başa vuran tələbələr əldə etdikləri təcrübələr haqqında hesabat təqdim ediblər. Seminarda institutun elmi işlər üzrə direktor müavini Ə.Məmmədov, elmi katib D.Əliyeva, Təhsil şöbəsinin baş mütəxəssisi Q.Bayramova, həmçininn müəllim-alim kollektivinin nümayəndələri iştirak ediblər.

Sonda təqdimatlar qrup rəhbərləri tərəfindən müsbət qiymətləndirilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА