
Genetik Ehtiyatlar İnstitutunda doktoranturaya qəbul imtahanı keçirilmişdir
Апр 01, 2021 | 04:00 / Важные события
Апр 01, 2021 | 04:00 / Важные события
Прочитано 965 раз (-а)
01 aprel 2021-ci il tarixində AMEA Genetik Ehtiyatlar İnstitutunda 2020/2021 –ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə ixtisas (genetika) fənnindən doktoranturaya qəbul imtahanı xüsusi karantin rejiminin tələbləri gözlənilməklə keçirilmişdir. İmtahan komissiyasının sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov iddiaçıların xarici dil və fəlsəfə imtahanlarından uğurla keçmələrini vurğulamış, onları təbrik etmiş, genetika fənnindən imtahanın keçirilməsi qaydası haqqında geniş məlumat vermiş və iddiaçılara uğurlar arzulamışdır. İmtahanda AMEA Rəyasət Heyətinin 04 noyabr 2015-ci il tarixli qərarı ilə doktoranturaya qəbul imtahanları üçün təsdiq edilmiş test sualları təqdim edilmişdir.