НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir
Мар 31, 2021 | 12:15 / Важные события
Прочитано 1002 раз (-а)

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun ümumi işlər üzrə direktor müavini Könül İbrahimova Rusiya Federasiyasının Moskva şəhərində ezamiyyətdə olub.

Avtonom qeyri-kommersiya təşkilatı olan “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzinə səfər zamanı Fiziologiya İnstitutu ilə bu müəssisə arasında elmi-praktiki əlaqələrin daha da genişləndirilməsi, herontologiya və immunofiziologiya sahələrində birgə tədqiqat planlarının hazırlanması məsələləri müzakirə olunub. Qeyd edək ki, “Herontologiya” Elmi-tədqiqat Tibbi Mərkəzi ilə Fiziologiya İnstitutu arasında hələ 2017-ci ildən qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Səfərin sonunda Mərkəzin rəhbərliyi tərəfindən Fiziologiya İnstitutuna professorlar Andrey İlnitskiy və Kirill Proşayevin müəllifi olduğu “Продолжение будет: книга о возрасте” (“Davamı olacaq: yaş haqqında kitab”) kitabı hədiyyə edilib.

www.science.gov.az

Copyright © 2015 Институт Информационных Технологий НАНА