
Genetik Ehtiyatlar İnstitutunda magistrantların attestasiyası keçirilib
Фев 19, 2021 | 01:30 / Конференции, собрания
Фев 19, 2021 | 01:30 / Конференции, собрания
Прочитано 1107 раз (-а)
Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərovun sədrliyi ilə müəssisənin Elmi şurasında "Biologiya" (ixtisaslaşma - “İnsan genetikası” və “Genetika”) və "Aqronomluq" (ixtisaslaşma - “Bitkilərin seleksiyası” və “Bitkilərin mühafizəsi”) ixtisasları üzrə I və II kursda təhsil alan magistrantların attestasiyası keçirilib.
İclasda, həmçinin I kurs magistrantların tədqiqat metodları və II semestr üçün dərs cədvəli təsdiq olunub, eləcə də II kurs magistrantların dissertasiya mövzuları üzrə aparılan tədqiqat işləri və nəşr işləri geniş müzakirə edilib.
Sonda Elmi şuranın qərarı ilə magistrantların fəaliyyəti müsbət qiymətləndirilərək onlar növbəti semestrə keçirilib.
www.science.gov.az