НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Mikrobioloq alim İctimai TV-də koronavirusun yeni mutasiyasından danışıb
Дек 22, 2020 | 08:00 / Интервью, выступления
Прочитано 980 раз (-а)

Mikrobiologiya İnstitutunun direktor v.i.e., AMEA-nın müxbir üzvü Pənah Muradov İctimai TV-nin canlı yayımlanan “Sabaha saxlamayaq” verilişinin qonağı olub. Verilişdə alim COVID-19 virusunun yeni mutasiyası, peyvəndlərlə bağlı məsələlərə aydınlıq gətirib. 

P.Muradov öz çıxışında pandemiyaya gətirib çıxaran və bu qəbildən olan viruslarda yeni mutasiyaların yaranmasının gözlənilən olduğunu bildirib, bunu RNT tərkibli virusların genomu ilə əlaqələndirib. Mikrobioloq alim bu xəstəliyin qarşısının alınmasında peyvəndlərin istifadəsinin müəyyən əhəmiyyət daşımasına da toxunub. Eyni zamanda verilişdə pandemiya ilə bağlı səslənən digər fikirlərə də münasibət bildirib.

Verilişin tam variantına buradan baxa bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Copyright © 2015 Институт Информационных Технологий НАНА