НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Eldar şamının təbii bərpası üzrə monitorinq aparılıb
Апр 26, 2019 | 04:40 / Конференции, собрания
Прочитано 83 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya elmləri doktoru Vahid Fərzəliyevin rəhbərliyi ilə institutun bir qrup əməkdaşı Samux rayonu ərazisində yerləşən Eldar Şamı Dövlət Təbiəti Qoruğunda ekspedisiyada olublar.
Ekspedisiyanın əsas məqsədi Azərbaycanın nadir bitkilərindən olan eldar şamının təbii bərpasının monitorinqindən ibarət olmuşdur. Tədqiqatlar zamanı qoruq ərazisində yayılmış dıgər nadir bitkilərin də artım dinamikası üzərində müşahidələr aparılmışdır.

Copyright © 2015 Институт Информационных Технологий НАНА