НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu arasında əməkdaşlıq əlaqələri gücləndirilir
Мар 07, 2019 | 04:02 / Важные события
Прочитано 204 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu (GEİ) ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETAXİ) arasında birgə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Beş il müddətinə imzalanmış müqavilənin tələblərinə əsasən ETAXİ ilə GEİ  arasında Vərəm xəstəliyinin və ağciyərlərin digər infeksion və qeyri-infeksion xəstəliklərin genetik əsaslarının öyrənilməsi, xəstəliklərə risk qrupların vaxtında aşkar edilməsi, mutasiyaların müəyyənləşdirilməsi, onların xəstəliklərin gedişinə təsiri, o cümlədən müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi sahəsində birgə tədqiqatların və kadr hazırlığının aparılması, elmi-tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması, müvafiq xəstəliklər üzrə ədəbiyyat məlumatlarının təhlili, seminarların, elmi-praktik konfransların təşkil edilməsi nəzərdə tutulmuşdur.

Müqavilə AMEA GEİ-nin direktoru, professor, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və Azərbaycan Respublikası SN ETAXİ-nin direktoru, professor Həqiqət Qədirova tərəfindən imzalanmışdır.

 

© http://bteb.science.gov.az/

Copyright © 2015 Институт Информационных Технологий НАНА