НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. 
Фев 26, 2019 | 01:05 / Важные события
Прочитано 201 раз (-а)

İlk öncə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov tədbiri giriş sözü ilə açmış, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda törədilən dəhşətli qırğından danışmışdır. O bildirmişdir ki, soyqırım nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 dinc sakin yaralanmış, 1275 insan girov götürülmüş, 197 xocalı sakini itkin düşmüşdür. Dinc əhali xüsusi qəddarlıqla qətlə yetirmişdir. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımı aktı idi.

Anım tədbirin sonunda Xocalı faciəsini əhatə edən video çarx nümayiş etdirilmişdir.

 

© http://bteb.science.gov.az/

Copyright © 2015 Институт Информационных Технологий НАНА