НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
Azərbaycanlı alimlər İranda elmi ezamiyyətdə olublar
Авг 21, 2018 | 03:46 / Встречи
Прочитано 160 раз (-а)

Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri - Genetik Ehtiyatlar İnstitutunun (GEİ) direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov, GEİ-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov və ATU-nun Xarici tələbələrlə iş üzrə dekanı, tibb üzrə fəlsəfə doktoru Orxan İsayev İran İslam Respublikasında elmi ezamiyyətdə olublar.

İranın Təhsil, Mədəniyyət və Tədqiqat üzrə Akademik Mərkəzinin (TMTAM) dəvəti ilə baş tutan səfərdə Royan Sonsuzluq Mərkəzi, Royan Kök Hüceyrə Texnologiyası Şirkəti, Hüceyrə Texnologiyası Şirkəti və Bioloji Ehtiyatlar Mərkəzində görüşlər keçirilib, birgə tədqiqatların aparılması və müxtəlif istiqamətlərdə elmi əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

TMTAM-ın rəhbərliyi ilə keçirilən görüşdə iki qurum arasında əməkdaşlığın gücləndirilməsi, birgə qrant layihələrinin elan edilməsi, tələbə və tədqiqatçı mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun layihəsi hazırlanıb.

Daha sonra danışıqlar Royan Sonsuzluq Mərkəzi və Royan Kök Hüceyrə Texnologiyası Şirkətinin rəhbər heyəti ilə davam etdirilib. Royanın müxtəlif tədqiqat mərkəzlərində və klinikalarında aparılan işlər haqqında geniş məlumat verilib, müxtəlif istiqamətli laboratoriyalara və göbək ciyəsi bankına baxış keçirilib. Gələcəkdə Azərbaycanda da kök hüceyrəsi üzrə tədqiqatların genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.

Əməkdaşlığın davamlı aparılması məqsədilə AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Royan Kök Hüceyrə Texnologiyası Şirkəti arasında niyyət protokolu imzalanıb.

Bioloji Ehtiyatlar Mərkəzi və Hüceyrə Texnologiyası Şirkəti ilə keçirilən görüşlərdə isə ortaq elmi əməkdaşlığın perspektivləri müzakirə olunub, beynəlxalq layihələrdə iştirak və kadr hazırlığı məsələlərində birgə fəaliyyətlərlə bağlı razılıq əldə edilib.

 

©  http://bteb.science.gov.az/

 

Copyright © 2015 Институт Информационных Технологий НАНА