НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Фото
AMEA Botanika İnstitutunun alimi IPBES-in plenar sessiyasında iştirak edib
Мая 16, 2018 | 05:22 / Конференции, собрания
Прочитано 130 раз (-а)
AMEA Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d., dosent Rəşad Səlimov Kolumbiyanın Medellin şəhərində Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platformasının(IPBES) VI plenar sessiyasında iştirak edib.
 
Tədbirin açılışnda Kolumbiyanın prezidenti, Nobel Sülh mükafatı laureatı Xuan Manuel Santos Kalderon, Ekologiya və davamlı inkişaf naziri Luis Gilberto Murillo və Medellin şəhərinin meri Federico Gutiérrez Zuluaga da  iştirak ediblər.
 
Tədbirin keçirilməsində əsas məqsəd  IPBES-ə daxil olan dünyanın 129 üzv dövlətlərinin nümayəndələri tərəfindən 6 Regional və 1 Tematik Qiymətləndirmə sənədlərini təsdiq etmək idi. Bu sənədlərdə regional və subregional səviyyələrdə biomüxtəlifliyin qorunması və davamlı istifadəsi, ekosistem funksiyaları və xidmətlərinə dair müasir vəziyyətin obyektiv elmi qiymətləndirməsi öz əksini tapmışdır. Bu isə öz növbəsində elm-siyasət qarşılıqlı əlaqəsini gücləndirməyə xidmət edəcəkdir.
 
Plenar iclas çərçivəsində həyata keçirilmiş digər mühüm tədbirlərdən biri də IPBES Gənc mütəxəssisləri üçün elm-siyasət interfeysi ilə bağlı seminarın təşkili idi. Seminar gənc mütəxəssislərin biomüxtəlifliyin davamlı istifadəsi və ekosistem xidmətləri sahəsində səylərini və əməkldaşlığını artırmağa xidmət edib.
 
 
©  http://bteb.science.gov.az/
Copyright © 2015 Институт Информационных Технологий НАНА