НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
Dendrologiya İnstitutu Türkiyənin ISRES cəmiyyəti ilə birgə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans keçirəcək
Апр 06, 2022 | 02:00
Прочитано ( 246 )

1-4 iyul 2022-ci il tarixlərində AMEA-nın Dendrologiya İnstitutunun ev sahibliyi və ISRES cəmiyyətinin Türkiyə təşkilatçılığı ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda 2-ci beynəlxalq elmi praktik konfrans keçiriləcək.

Konfrans Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyət (ISRES) tərəfindən təşkil olunur.

Tədbirin məqsədi müxtəlif ölkələrdən olan alimləri, tələbələri və idarəçiləri bir araya gətirmək və tibb, sağlamlıq və həyat elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etməkdir.

Konfransa daxil olan məqalələr elmi komitə tərəfindən qiymətləndirilərək “Konfrans materialları” xüsusi buraxılışında dərc olunacaq.

Bununla yanaşı, nüfuzlu məqalələr “Web of Science” və “Scopus” bazasında yerləşdiriləcək.

Qeyd edək ki, ISRES konfransları daha öncə Lissabon (Portuqaliya), Berlin (Almaniya) və İstanbulda (Türkiyə) keçirilib.

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi 89 (Dendrologiya İnstitutu).

Copyright © 2015 Институт Информационных Технологий НАНА