НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ                 НАУК АЗЕРБАЙДЖАНА
ОТДЕЛЕНИЕ БИОЛОГИЧЕСКИХ И МЕДИЦИНСКИХ НАУК
AMEA GENETİK EHTİYATLAR İNSTİTUTU İLƏ VƏ AZSEEDS MMC-NİN BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ AÇIQ "TARLA GÜNÜ" TƏDBİRİ KEÇİRİLƏCƏK
Июл 19, 2019 | 05:53
Прочитано ( 74 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutu və Azseeds MMC-nin birgə təşkilatçılığı ilə 08 avqust 2019-cu ildə açıq "Tarla Günü" tədbiri keçiriləcək. Tarla Günündə 18 növ bitkinin 167 çeşidinin təqdim olunması planlaşdırılır.

Tədbir fermer, sahibkar və alimlər üçün hibrid və sortların səciyyəvi xüsusiyyətlərinin nümayişi, məlumatlandırma və maarifləndirmə məqsədi daşıyır.

Tarla Günü tədbiri AMEA Genetik Ehtiyatlar İnstitutunun Saray dayaq məntəqəsində saat 9:00-12:00 arası baş tutacaqdır.

Qeyd edək ki, tədbir AMEA Genetik Ehtiyatlar İnstitutu ilə Azseeds MMC arasında ölkə əhalisinin ekoloji təmiz tərəvəz məhsulları ilə təmin olunması üçün keyfiyyətli, sağlam, yüksək məhsuldar sort və hibridlərə aid bitkilərin genetik dayanıqlılığının və davamlılığının təmin olunmasının həyata keçirilməsi məqsədi ilə imzalanan qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.

 

Copyright © 2015 Институт Информационных Технологий НАНА