AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
BİOLOGİYA VƏ TİBB ELMLƏRİ BÖLMƏSİ
“Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək
Apr 17, 2024 | 15:50 Elanlar

20-21 iyun 2024-cü il tarixlərində Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Qlobal iqlim dəyişkənliklərinin ekoloji mühitə təsiri” mövzusunda beynəlxaq konfrans keçiriləcək.

Konfrans Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar biotorpaq ehtiyatlarından düzgün istifadə edilməsi və bitki örtüyünün əhəmiyyətli resurs kimi gələcək nəsillər üçün qorunub saxlanılması məqsədilə keçirilir.

İqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genefondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması əsas məqsəddir. Konfrans Qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik, Molekulyar biologiyanın müasir ekoloji aspektləri, İqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri, Antropogen amillərin təbii populyasiyalara təsiri, Şəhər və kəndlərin landşaft dizaynının müasir aspektləri, Zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları, Biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu, Süni intellekt - yapay zəka, Sənaye əhəmiyyətli bitkilərin iqtisadi səmərəsi, Nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası, Ekoloji faktorların dəyişməsi və insan sağlamlığı bölmələri üzrə təşkil olunacaq.

Konfrans  biomüxtəliflik və onun mühafizəsi,  meşə ekosistemi və biomüxtəlifliyi, qlobal səhhət xəstəlikləri və biomüxtəliflik, yaşıl enerji texnologiyası və biomüxtəliflik üzrə elmi istiqamətləri əhatə edir.

Konfransın işçi dili ingilis və azərbaycan dilləridir.

Konfransın mövzuları

1. Qlobal iqlim dəyişkənliyi və biomüxtəliflik

2. Molekulyar biologiyanın müasir ekoloji aspektləri

3. İqlim dəyişkənliyinin təbii su hövzələrinə və torpağa təsiri

4. Antropogen amillərin təbii populyasiyalara təsiri

5. Qarabağ ərazisində biomüxtəlifliyin bərpası

6. Qarabağ ərazisində inşa edilən ağıllı kənd və şəhərlərin yaşıllaşdırılması

7. Şəhər və kəndlərin landşaft dizaynının müasir aspektləri

8. Zərərvericilərin müasir populyasiyaları və onlarla mübarizə yolları

9. Biomüxtəlifliyin qorunmasında müasir texnologiyaların rolu

10. Süni intellekt – yapay zəka

11. Sənaye əhəmiyyətli bitkilərin iqtisadi səmərəsi

12. Nadir və nəsli kəsilməkdə olan bitkilərin biotexnoloji üsullarla bərpası

13. Ekoloji faktorların dəyişməsi və insan sağlamlığı

Məqalə və tezislərin tərtibat qaydaları:

Tezisin adından yuxarıda sağdan aid olduğu seksiyanın nömrəsi göstərilir və sonra bir sətir buraxılır.

Məqalə və tezisin mətni:

Məqalə və tezislər Word A4 formatında, Arial 11 pt şrifti ilə (sahələr: hər tərəfdən 2 sm qoyulmaqla), sətirlərarası 1 olmaqla,  ən çoxu 1 səhifə həcmində olmalıdır. Abzaslar arasında məsafə qoyulmur, mətn hər iki tərəfdən düzləndirilir.

Məqalə və tezisin adı ortadan böyük hərflərlə BOLD (qara) şriftlə verilir, bir sətir buraxıldıqdan sonra növbəti sətirdə ortadan BOLD şriftlə müəlliflərin ad və soyadları (ad açıq yazılır), bir sətir buraxıldıqdan sonra otradan Italic şrifti ilə hər bir müəllifin iş yeri, ölkəsi, korrespondent müəllifin e-mail ünvanı verilir.

Bir sətir buraxıldıqdan sonra abzasdan (abzas – 1 sm) adi şriftlə əsas mətn başlanır.

Məqalə və tezisin həcmi:

Xülasə (abstrakt) maksimum 200 sözdən ibarət olmalı, açar sözlər 5-i keçməməlidir.

Konfransa göndərilən məqalələrin tam mətninin həcmi 8 səhifəni keçməməlidir.

Məqalə və tezislər 17 aprel 2024-cü il tarixindən qəbul edilir. Məqalə və tezislərin  göndərilməsi üçün son tarix 15 iyun 2024-cü ildir.

Məqalə və tezislər  igcee2024@gmail.com, dendrologyconference@gmail.com elektron ünvanına göndərilir.

Əlaqə: (+994 12) 454 10 50; (+994 77) 300 31 73

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023