Feb 09, 2023 | 11:00 / Conferences, assemblies
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi şurasının 2023-cü ildə ilk iclası keçirilib.
Əvvəlcə şura üzvləri fevralın 6-da Türkiyədə baş verən təbii fəlakət nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova şura üzvlərini gündəlikdəki məsələlər barədə məlumatlandırıb.
İclasda AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş 2021-2025-ci illər AMEA-da aparılacaq elmi-tədqiqat işlərinin mövzu planına uyğun olaraq, 2023-cü ildə institutda yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli planının geniş müzakirəsi aparılıb və yekdilliklə qəbul olunub.
Sonra akademik İradə Hüseynova ölkə başçısının “Heydər Əliyev İli” ilə əlaqədar Sərəncamı haqqında şura üzvlərini məlumatlandıraraq, institutda silsilə tədbirlərin keçirilməsi barədə tapşırıq verib.
Daha sonra “AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Əsərləri” junalının 2023-ci ildə VII cildinin I nömrəsinə məqalə qəbulu və digər məsələlər müzakirə olunub.