AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Zoologiya İnstitutunun əməkdaşı Rusiyada ezamiyyətdə olub
Dec 08, 2022 | 03:00 / Important events
Read 206 times

AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli Rusiya Elmlər Akademiyasının Ural dairəsinin Yekaterinburq şəhəri Bitkilərin və Heyvanların Ekologiyası İnstitutunda ezamiyyətdə olub.

Səfərin məqsədi Azərbaycanın Böyük Qafqaz hissəsindən əldə edilən çöl siçanları nümunələrinin molekulyar analizlərinin aparılması, həmçinin laboratoriya və çöl şəraitində çöl siçanlarının kəllə sümüklərinin təmizlənməsi, təpmələrin hazırlanması və kəllə sümüklərinə görə yaşının təyin edilməsi metodlarının öyrənilməsi olub. Elmi tədqiqat işi Filogenetika və bioxronologiya laboratoriyasında laboratoriya müdiri, b.e.d., dosent A.V.Borodinin rəhbərliyi ilə aparılıb.

Ezamiyyə müddətində çöl siçanları nümunələrindən mitoxondrial DNT-nin cytb geni üzrə nukleotid ardıcıllıqları əldə edilib. Əldə edilmiş sekvenasiyanın nəticələri MEGA-X və BioEdit proqramlarında təhlil ediləndən sonra məqalə halında çap ediləcək və GenBank bazasında yerləşdiriləcək.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS