Qazaxıstanlı doktorant Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübə keçib
Nov 30, 2022 | 05:09 / Important events
Nov 30, 2022 | 05:09 / Important events
Read 209 times
AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qazaxıstan Respublikası Qorqud Ata adına Qızıl Orda Dövlət Universiteti arasında bağlanmış müqavilə əsasında Qızıl Orda Dövlət Universitetinin “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisası üzrə təhsil alan doktorantı Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olub.
Doktorant elmi ixtisaslaşma təcrübəsini uğurla başa vurub. Sonda Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sertifikatı ilə təltif olunub.