AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Fiziologiya İnstitutunda Zəfər Gününə həsr olunan tədbir keçirilib
Nov 05, 2022 | 10:25 / Conferences, assemblies
Read 145 times

AR Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

İnstitutun icraçı direktoru, professor Əhməd Hacıyev tədbiri açaraq bildirib ki, 44 gün davam edən bu müharibədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu.

Sonra çıxış edən Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Fəxrəddin Əsgərov bildirib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib.

Sonda institutun əməkdaşı, İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə medalla təltif edilmiş qazi Ənvər Vəliyev çıxış edərək keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışıb, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

Copyright © 2015 Institute of Information Technology of ANAS