AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Nov 05, 2022 | 02:09 / Conferences, assemblies
Read 144 times

AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının və Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə  tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qələbəsini tariximizin ən parlaq səhifələrindən biri adlandırıb. Torpağın canlı olduğunu və onun da insan kimi zərbə aldığını, yaralandığını, dağıdıldığını qeyd edən alim şəhidlərimizin, qazilərimizin torpağı düşmən tapdağından azad etdiyini vurğulayaraq alimlərimizin bu torpaq üçün nə etməli olduğu məsələsini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ə.Quliyev qeyd edib ki, məhz biz torpaqşünas alimlər torpağa vurulan zərbəni aradan qaldırmaq, onu yararlı hala salıb insanların istifadəsinə vermək üçün öz bilik və təcrübələrimizi meydana qoymalıyıq.

Tədbirdə çıxış edən baş gizir Qorxmaz Məmmədzadə, qazilər Nazim Məmmədov, Xəyyam Fərzəliyev, Anar Şəfiyev Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar. Qazilərimiz Azərbaycan Ordusunun bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıblar.

Tədbirdə  Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı “Qarabağ Zəfərinin anlam və əhəmiyyəti”, institutun elmi işçisi Aytac Dadaşova “Zəfər yolunda”, elmi işçi Türkan Həsənova “Müharibə dövründə könüllülərin fəaliyyəti” mövzularında məruzə ilə çıxış ediblər.

Sonda  8 Noyabr - Zəfər Gününə həsr edilmiş videoçarx tədbir iştirakçılarına təqdim edilib.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS