AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Genetik Ehtiyatlar İnstitutunda Zəfər Günü qeyd olunub
Nov 06, 2022 | 11:00 / Conferences, assemblies
Read 135 times

Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxışında 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının kollektivin elmi yaradıcılıq əhval-ruhiyyəsinə müsbət təsirini vurğulayıb və əməkdaşların əldə etdiyi böyük uğurlardan danışıb. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və uzaqgörən diplomatik siyasəti sayəsində əldə olunmuş böyük Zəfərə görə müzəffər ordunun hər bir zabit və əsgərinə, qazisinə institutun kollektivi adından minnətdarlığını bildirən Z.Əkpərov şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbirin fəxri qonağı, Qarabağ qazisi, ehtiyatda olan mayor Hacı Muxtar Həşimov keçdiyi döyüş yolundan danışıb. Əslən laçınlı, vaxtilə peşəsi müəllim olan Hacı Muxtar 62 yaşında təkrarən vətənini erməni işğalçılarından azad etmək üçün könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak etməsindən məmnun olduğunu və Vətən müharibəsində müzəffər ordunun döyüşçüsü olduğuna görə özünü çox xoşbəxt sandığını bildirib. O, hər iki müharibədə iştirakı ilə bağlı təəssüratlarını bölüşüb və sualları cavablandırıb. Hacı Muxtara institutun kollektivi adından Həmkarlar İttifaqı Komitəsi tərəfindən İkinci Qarabağ müharibəsinin rəmzi olan nəfis tərtibatlı xatirə hədiyyəsi təqdim olunub.

Həmkarlar İttifaqı Komitəsinin sədri, biologiya elmləri doktoru Hamlet Sadıqov 44 günlük Vətən müharibəsinin böyük Zəfərlə başa çatmasının institutun elmi yaradıcı kollektivində ruh yüksəkliyi yaratdığını qeyd edib, hələ çox zəfərlərin şahidi olacağımıza əminliyini bildirib.

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Vəli Qarayev isə çıxışında Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin xalqımızın, hər birimizin həyatında və ölkəmizin müqəddəratında çox mühüm bir hadisə olduğunu vurğulayıb.

Tədbirdə Vətən müharibəsində qazanılan böyük qələbə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, ordumuzun şücaəti, erməni terrorçularının rayon və şəhərlərimizi bombardman etmələri haqqında videoçarx nümayiş olunub.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS