AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib
Nov 14, 2022 | 12:05 / Important events
Read 150 times

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “İnsanın genetik identifikasiyası və pasportlaşdırma problemləri” mövzusunda təcrübə kursunu başa vuran tələbələrə sertifikatlar təqdim edilib.

Tədbirdə institutun baş direktoru, akademik İradə Hüseynova və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Samirə Rüstəmova iştirak edib. Üç gün müddətində davam edən təcrübə kursunda gənclər “Şəxsiyyətin identifikasiyası: yaranma tarixi, əhəmiyyəti və tətbiqi aspektləri”, “İnsan təkamülünün tədqiqində antik DNT-nin rolu”, “Androgenə həssasızlıq sindromu olan uşaqların diaqnostikası və müalicəsi”, “Mitoxondri DNT-nin quruluşu, funksiyası və mutasiyaları, şəxsiyyətin identifikasiyasında, məhkəmə-tibbi ekspertizada və irsi xəstəliklərin diaqnostikasında tətbiqi” və “İnsanlarda mitoxondri DNT-nin ata xətti üzrə nəslə ötürülməsi” mövzularında mühazirələr dinləyib və praktiki məşğələlərdə iştirak ediblər.

Akademik İradə Hüseynova tələbələrə sertifikatları təqdim edərək gənclərin elmi tədqiqat institutunda aparılan işlərlə yaxından tanış olması, onların elmə cəlb olunması, elm-təhsil əlaqələrinin genişlənməsində belə kursların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

www.science.gov.az 

Copyright © 2015 Institute of Information Technology of ANAS