AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
AMEA-nın müxbir üzvü Pənah Muradov: “Azərbaycanda göbələk mənşəli bioloji aktiv maddələrin istehsalı üçün elmi baza yaradılıb”
Oct 28, 2022 | 03:11 / Conferences, assemblies
Read 240 times

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Sakarya Universitetinin birgə təşkilatçılığı ilə “VI Beynəlxalq Türk Dünyası Kimya Elmləri və Texnologiyaları”, “V Humik Turşular” və “IV Təbiət Elmləri, Mühəndislikdə İxtiralar” mövzuları üzrə 3 beynəlxalq konfransın açılışı olub. Konfransda Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun  baş direktoru, AMEA-nın müxbir üzvü Pənah  Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr və onların Azərbaycanda istifadə perspektivləri” mövzusunda plenar məruzə ilə çıxış edib.

P.Muradov göbələklərin bu gün dünyada qida, yem və tibbi təyinatlı bioloji aktiv maddələrin (BAM) alınmasında perspektivli mənbə olması, dünya praktikasında bu məqsədlə istifadə edilən göbələklərin Azərbaycanda da yayılması ilə bağlı məlumatı iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, Mikrobiologiya İnstitutunda son 30 ildə aparılan tədqiatlar nəticəsində Azərbaycanda göbələk mənşəli BAM-ın istehsalının təşkil edilməsi üçün lazım olan elmi və praktiki əsaslar hazırlanıb, tədqiqatlarda əldə edilən nəticələr beynəlxalq səviyyəli jurnallarda dərc edilib.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS