AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Xəzər Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Oct 28, 2022 | 01:03 / Important events
Read 247 times

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, institutun elmi katibi, a.e.ü.f.d. Sultan Hüseynova, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov və laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyeva Xəzər Universitetinin qonağı olublar.

Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, rektor, dosent İradə Xəlilova, İdarəetmə və tələbə işləri üzrə prorektor, filologiya elmləri doktoru İsaxan İsaxanlı və universitetin bir neçə fakültəsinin dekanı iştirak edib.

Görüşdə müəssisələr arasında tərəfdaşlıq, pedaqoji, elmi-tədqiqat, akademik əlaqələrin gücləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Sonda Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Xəzər Universiteti arasında elmi-tədqiqat və pedaqoji sahələrdə birgə fəaliyyət barədə əməkdaşlıq müqaviləsi imzalanıb. Elm və təhsilin qarşılıqlı əlaqələrini özündə əks etdirən müqavilədə əsas məqsəd institutun alim və mütəxəssisləri ilə universitetin alim, müəllim və tələbə heyəti arasında elmin və təhsilin təkmilləşdirilməsi, qarşılıqlı əlaqə və əməkdaşlığın inkişaf etdirilməsidir.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS