AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Fiziologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib
Nov 02, 2022 | 11:05 / Conferences, assemblies
Read 263 times

AR Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

İnstitutun icraçı direktoru, professor Əhməd Hacıyev tədbiri açaraq qeyd edib ki, 44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, qaçqın, köçkün həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Bu şanlı qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı. 2020-ci il Azərbaycan xalqının həyatına qələbə ili kimi daxil oldu.

Sonra çıxış edən Hüceyrənin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru Fəxrəddin Əsgərov bildirib ki, İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib.

Sonda institutun əməkdaşı, İkinci Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonu istiqamətlərində gedən döyüşlərdə fəal iştirak etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə medalla təltif edilmiş qazi Arzuman Vəliyev çıxış edərək keçdiyi döyüş yolundan, orduda olan böyük ruh yüksəkliyindən, vətənpərvərlik hisslərindən, Ali Baş Komandana sonsuz inamdan danışıb, Vətən müharibəsində sağlamlığını qismən itirən döyüşçülərə göstərilən dövlət qayğısından razılığını bildirib.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS