Nov 03, 2022 | 10:15 / Conferences, assemblies
AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun YAP Yasamal rayonu 504-cü Məhəllə ərazisi İlk partiya təşkilatının növbəti iclası 8 Noyabr - Zəfər Gününə həsr edilib.
Tədbirin əvvəlində vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra institutun direktoru vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək 44 gün davam edən və möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayaraq, müzəffər Azərbaycan Ordusu və mərd Azərbaycan xalqının bu çətin, eyni zamanda şərəfli günlərdə keçdiyi ləyaqət yolundan bəhs edib.
Tədbirə Zəfər Gününün ən böyük qəhrəmanları olan İkinci Vətən müharibəsində iştirak etmiş qazilər də dəvət olunub. Onlardan biri olan Zoologiya İnstitutunun əməkdaşı Kamran Şəfiyev öz döyüş xatirələrini sevinc və fərəh hissi ilə tədbir iştirakçıları ilə bölüşüb. Digər qazilər Vüsal Abbasov və Mirsaleh Ağayev torpaqlarımızın azadlığı uğrunda göstərdikləri qəhrəmanlıqlardan qürur dolu bəhs ediblər.
İclasda Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Lalə Məmmədova Azercell və Gid CSR şirkətlərinin dəstəyi ilə həyata keçirilmiş “Kiçik ürəklərdə böyük xatirələr layihəsi”ni tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihənin həm rəhbəri, həm də həmmüəlliflərindən biri olan Lalə Məmmədova nəşr edilmiş kitabla hər kəsi tanış edərək, kitabın şəhid övladlarının xatirələrindən ibarət olması haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda isə qazilərə rəssam Nicat Muxtarlı tərəfindən hazırlanan iri portretlər və rəhbərlik tərəfindən hədiyyələr təqdim edilib.
www.science.gov.az