AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib
Oct 11, 2022 | 10:09 / Conferences, assemblies
Read 165 times

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın zoom  platforması üzərindən növbəti onlayn iclası baş tutub.

İclası giriş sözü ilə açan Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib.  

Müzakirələrdə Zoologiya İnstitutunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov, icraçı  direktor, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, biologiya elmləri doktorları - Q.Fətəliyev, Ə.Nəsirov, Y.Mahmudova, biologiya üzrə fəlsəfə doktorları – B.Əhmədov, A.Əliyev, A.Məmmədov və başqaları iştirak ediblər.

İclasda Zooloji seksiyaya təqdim edilmiş 2 elmlər və 1 fəlsəfə doktorluğu dissertasiya mövzuları müzakirə olunub.

Sonda isə bəzi mövzuların adlarının qismən dəyişilməsi tövsiyə olunub.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS