AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Zoologiya İnstitutunun əməkdaşları Kolumbiyanın ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə iştirak ediblər
Oct 13, 2022 | 05:00 / Important events
Read 164 times

AR Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğasızlar laboratoriyasının böyük elmi işçisi Səkinə Hacıyeva və Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçiləri Səliqə Qazi və Rəfiqə Qazi Kolumbiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş “Yaşasın kəpənəklər” adlı tədbirdə iştirak ediblər.

Tədbir Nizami Kino Mərkəzində iki hissədən ibarət olaraq keçirilib. Birinci hissədə, Kolumbiya Respublikasının faunasındakı kəpənəklərə və digər həşəratlara aid sənədli film təqdim olunub, ikinci hissədə isə kəpənəklərə aid rəsm sərgisi nümayiş etdirilib.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS