AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları tərəfindən fitopotoloji monitorinqlər keçirilib
Sep 21, 2022 | 11:11 / Important events
Read 287 times

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçiləri Nərgiz Bayramova və Aysel Mədədli Salyan, Cəlilabad və Masallı rayonlarında ezamiyyətdə olublar.

Bitkilərdə yayılmış virus və fitoplazma xəstəliklərinin vaxtında və düzgün diaqnostikasını həyata keçirmək məqsədilə 12-13 sentyabr tarixlərində Salyan, 14-15 sentyabr tarixlərində Cəlilabad, 16-17 sentyabr tarixlərində isə Masallı rayonlarında yerləşən müxtəlif fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə və bağlarda fitopotoloji monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı üzüm, tomat və bibər bitkilərində virus və fitoplazma xəstəliklərinin xarakterik simptomları müəyyən edilərək, xəstəliklərin ilkin vizual diaqnostikası və  müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib.

Toplanmış nümunələr molekulyar tədqiqatlar aparılması məqsədilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilib.

Copyright © 2015 Institute of Information Technology of ANAS