AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Botanika İnstitutu Yaxın Şərq Universiteti ilə əməkdaşlıq edəcək
Sep 23, 2022 | 05:00 / Meetings
Read 238 times

Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetinin professoru, Dr. Salih Yücel Botanika İnstitutunun qonağı olub.

İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva ilə görüşdə qonağa müəssisənin elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr, qırmızı siyahı üzrə bitkilərin IUCN qiymətləndirilməsi haqqında ətraflı məlumat verilib.

Qonaq institutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək gələcəkdə biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadr və təcrübə mübadiləsi üzrə geniş imkanların olduğunu vurğulayıb.

Tərəflər elmi əlaqələri genişləndirmək üçün əməkdaşlıq memorandumunun imzalanması məsələsini müzakirə ediblər.

Dr. Salih Yücel institut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda apardığı tədqiqat işlərinin nəticələrinə dair “Delphinium caseyi B. L. Burtt. nümunəsində bitki mühafizəsi üzrə mübahisəli məsələlər” və “Qərbi Anatoliyanın (Türkiyə) subalp bitkiliyinin endemi Minuartia nifensis Mc Neill bitkisinin reproduktiv biologiyası” mövzularında məruzə ilə çıxış edib.

Sonda təqdim edilən mövzular və “Qırmızı kitab”da bitkilərin qiymətləndirilməsi yolları ətrafında geniş müzakirələr aparılıb.

Copyright © 2015 Institute of Information Technology of ANAS