AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Almaniyada kök hüceyrəsi üzrə tədqiqatlar aparıb
Oct 04, 2022 | 04:00 / Important events
Read 368 times

Genetik Ehtiyatlar İnstitutunun (GEİ) Molekulyar genetika və genomika şöbəsinin kiçik elmi işçisi Şəlalə Abdulrəhimli 5-30 sentyabr 2022-ci il tarixlərində Almaniyanın Heydelberq Universitetinin Mannheim Tibb fakültəsində elmi ezamiyyətdə olub.

Ş.Abdulrəhimli ezamiyyət müddətində kök hüceyrəsi üzrə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, kulturada hüceyrələrin yetişdirilməsi, müxtəlif tərkibli kultura mühitlərinin hazırlanması, əldə olunan hüceyrələrin dondurulması metodları öyrənib. O, həmçinin GEİ-də fəaliyyət göstərən Kök hüceyrəsi laboratoriyası haqda məlumat verib.

Kök hüceyrəsi üzrə tədqiqatların daha da dərinləşdirilməsi məqsədilə Ş.Abdulrəhimlinin 12 ay müddətinə yenidən Almaniyaya ezam olunması üzrə Genetik Ehtiyatlar İnstitutu ilə Heydelberq Universiteti arasında razılıq əldə olunub.

Copyright © 2015 Institute of Information Technology of ANAS