AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Mikrobioloq alimin Azərbaycanın toksigen mikobiotası ilə bağlı yeni monoqrafiyası çapdan çıxıb
Aug 12, 2022 | 01:00 / New publications
Read 270 times

Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, b.e.d., dosent Könül Baxşəliyevanın “Azərbaycanın toksigen mikobiotası: növ tərkibi, ekobioloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Pənah Muradov, rəyçilərı isə akademik Məmməd Salmanov, biologiya elmləri doktoru, professorlar Fərayət Əhmədova və Gülər Seyidovadır.

Monoqrafiya son dövrlərdə tədqiqatçıların diqqət mərkəzində olan toksigen göbələklərin, eləcə də onların Azərbaycanda yayılan növlərinin ekoloji  xüsusiyyətlərinin tədqiqi zamanı əldə edilən nəticələr əsasında hazırlanıb.

Kitabda mikrobioloqlar, mikoloqlar, ekoloqlar üçün toksigen göbələklərin Azərbaycanda yayılan növləri, qeydə alınan növlərin ekobioloji xüsusiyyətləri, eləcə də həmin göbələklərin fəaliyyətinin məhdudlaşdırilmasına səbəb olan vasitələr haqqında kifayət qədər maraqlı olan məlumatlar yer alıb.

Monoqrafiyadan mikrobiologiya, mikologiya sahəsində çalışan tədqiqatçılar faydalana bilər.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS