AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
MBBİ əməkdaşlarının məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub
Aug 04, 2022 | 05:00 / Important events
Read 233 times

AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, b.ü.f.d. Samirə Rüstəmova və Gülnar Abdullayevanın həmmüəllifi olduqları “Isolation and characterization of DREB gene in ancestral diploid wheat species from wheat domestication center” adlı məqalə “Genetics and Molecular Research” jurnalında (IF=1,77) çap olunub.

Azərbaycanın yumşaq buğdanın ilkin yaranma mərkəzi olması ilə bağlı olaraq məqalə müasir buğdaların genom donorları olan yerli yabanı diploid buğdalardan stresə davamlılıqda əsas rol oynayan DREB tranksripsiya faktorunun geninin tədqiqinə həsr olunub. Gen yabanı buğdalardan izolyasiya olunaraq sekvens edilib və in silico analizlər aparılıb. Sekvens analizin nəticələri NCBI beynəlxalq məlumat bazasına daxil edilib və MZ935739 və MZ935740 qeydiyyat nömrələri altında yerləşdirilib.

Tədqiqat AMEA Rəyasət Heyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant №EIF‐ETL-2020-2(36)-16/15/3-M-15) maliyyə dəstəyi ilə həyata keçirilib.

www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS