
Jun 09, 2022 | 11:15 / Conferences, assemblies
AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda giriş sözü ilə çıxış edən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Daha sonra şuranın iclasında institutun strukturuna uyğun olaraq, şöbələrin və ona daxil olan laboratoriyaların 2022-ci ilin I yarımilliyi üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatlara hazırlıq və müəssisənin fəlsəfə doktoru hazırlığı üzrə dissertantı A.İ.Fərəcovanın dissertasiya mövzusunda qismən dəyişiklik edilməsinə dair təkliflər dinlənilib.
Sonda institutun vakant vəzifələrinin tutulması ilə bağlı gizli səsvermə keçirilib, alınan nəticələr şuranın iclasına təqdim edilib.
www.science.gov.az