AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Saatlı rayonunda tədbirdə iştirak edib
Jun 07, 2022 | 05:35 / Important events
Read 376 times

İyunun 6-da Saatlı rayonunda “Torpaqların münbitliyinin artırılması, deqradasiyaya və eroziyaya uğramasının qarşısının alınması” mövzusunda tədbir keçirilib.

Fermerlərin maarifləndirilməsi məqsədilə keçirilən tədbir “Aqribioekotex” MMC və “Fruktuz” MMC-nin birgə təşkilatçılığı ilə baş tutub.

Üzvi və üzvi mineral gübrələr, torpaq mikroorqanizmləri, bioloji və mikrobioloji gübrə hesab edilən biohumusun tarla sınağı təcrübəsinin yekunlarına dair tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev də iştirak edib. Ə.Quliyev fermerlər qarşısında çıxış edərək ölkədə gedən quruculuq işləri və kənd təsərrüfatı sahəsində elmi yeniliklərin tətbiqinin nə qədər əhəmiyyətli olması barədə geniş məruzə edib.

Sonra sınaq işləri aparılan torpaq sahələrinə baxış keçirilib.

Qeyd edək ki, tədbirdə institutun Mineral gübrələr laboratoriyasının baş elmi işçisi, dosent Vüqar Cəfərov  və baş aqromeliorator Mürsəl Məmmədov da iştirak ediblər.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS