AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Azərbaycanlı alim beynəlxalq konfransda çıxış edib
May 23, 2022 | 10:55 / Conferences, assemblies
Read 314 times

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, a.e.d. Mustafa Mustafayev Qazaxıstanın Taraz şəhərində keçirilən “Deqradasiyaya uğramış suvarılan torpaqların məhsuldarlığının sürətli bərpasının innovativ və praktik həlli” mövzusunda beynəlxalq elmi-praktik konfransda  Zoom platforması vasitəsi ilə iştirak edib.

Tədbir Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin Qazaxıstan Elmi-Tədqiqat Su üzrə Beynəlxalq Bankının birgə təşkilatçılığı ilə baş tutub.

Alim konfransda “Azərbaycanın Kür-Araz ovalığının suvarılan torpaqlarının müasir meliorativ vəziyyəti” mövzusunda məruzə ilə çıxış edib.  

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS