AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin ümumi yığıncağı keçirilib
May 24, 2022 | 12:00 / Conferences, assemblies
Read 467 times

AMEA-nın Botanika İnstitutunda Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

“Zoom” platforması üzərindən keçirilən iclasda Azərbaycan Botaniklər Cəmiyyətinin idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbiri cəmiyyətin sədr müavini, akademik Tariyel Talıbov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra qurumun məsul katibi, b.e.d. Dilzarə Ağayeva cəmiyyətin 3 illik hesabatını təqdim edib.

Maliyyə məsələləri ilə bağlı məlumatları isə b.e.d. Naibə Mehdiyeva iştirakçılara çatdırıb.

Yığıncaqda cəmiyyətin idarə heyətinin yenidən seçilməsi, rəsmi internet səhifəsinin bərpası (botanysociety.com.az), loqosu və çap işlərinin formatına dair geniş müzakirələr aparılıb. İctimai birliyin üzvləri AMEA-nın müxbir üzvü Vaqif Novruzov, b.e.d., prof. Səyyarə İbadullayeva, b.e.d., prof. Eldar Novruzov, b.e.d. Aydın Əsgərov və başqaları cəmiyyətin gələcək fəaliyyətinə dair təklif və tövsiyələrlə çıxış ediblər.

İclasda səsvermə yolu ilə ictimai birliyin sədri Botanika İnstitutunun icraçı direktoru, b.e.d. Şakir Qasımov, məsul katibi b.ü.f.d. Nuri Mövsümova seçilib. Maliyyə məsələləri isə b.ü.f.d. Gülnar Qasımovaya həvalə edilib.

Sonda gündəlikdə duran məsələlər səsə qoyularaq yekdilliklə qəbul olunub.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS