
May 24, 2022 | 11:00 / Important events
AMEA-nın Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları b.e.d. Əli Nəsirov, b.ü.f.d. Yaşar Seyidli və b.ü.f.d. Fuad Rzayev cari ilin planına müvafiq olaraq “Mingəçevir su anbarında və Qəbələ rayonunun xüsusi balıqçılıq təsərrüfatlarında balıqlara və onların helmintlərinə nanozərrəciklərin tətbiqi zamanı əmələ gələn patomorfoloji dəyişikliklərin öyrənilməsi” işinin yerinə yetirilməsi məqsədilə Qəbələ rayonu ərazisinə xüsusi forelçilik təsərrüfatlarına təşkil edilmiş ekspedisiyada iştirak ediblər.
Qeyd edilən müddət ərzində müxtəlif yaş qruplarından olan əlvan forel balıqları (Oncorhynchus mykiss) tam parazitoloji yarma üsulu ilə tədqiq edilib və onlarda bir növ infuzor - Ichthyophthirius multifiliis, bir növ monogenetik sorucu - Gyrodactylus derjavini, bir növ tikanbaşlı qurd - Pomphorhynchus leavis və balıqların öd kisəsinin divarlarında nematod yumurtaları aşkar edilib.
Bütün materiallar toplanaraq laboratoriyaya gətirilib. Tədqiqatlar davam etdirilir.
www.science.gov.az