AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Azərbaycanlı alimlərin monoqrafiyası işıq üzü görüb
Apr 29, 2022 | 04:35 / New publications
Read 170 times

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya rəhbəri, akademik Məhərrəm Babayev, həmin müəssisənin aparıcı elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru  Firoza Ramazanova, Mikrobiologiya İnstitutunun laboratoriya rəhbəri, biologiya elmləri doktoru Samirə Nəcəfova və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Eldar Qurbanovun həmmüəllifi olduqları “Azərbaycan Respublikasının torpaqları” adlı monoqrafiyası işıq üzü görüb.

Əsərdə əsasən, Kür-Araz ovalığı, Gəncə-Qazax maili düzənliyi və Abşeron yarımadasının suvarılan torpaqları və onların məhsuldarlıq qabiliyyətinin araşdırılması zamanı əldə edilən nəticələrdən bəhs edilir.

Monoqrafiyada quru subtropiklərdə mədəni torpaqların əmələ gəlməsinə dair elmi yanaşmalar, onun genezisi, təsnifat problemləri, o cümlədən bioloji aktivliyi, torpaqların münbitliyinin qorunması və xalq təsərrüfatında böyük əhəmiyyət kəsb edən torpaqların qiymətləndirilməsi, qeydiyyatı və yüksək məhsuldarlığının artırılması yolları öz əksini tapıb.

Elmi ictimaiyyətə təqdim olunan monoqrafiya bioloqlar, torpaqşünaslar, o cümlədən də kənd təsərrüfatı mütəxəssislərinin istifadəsi üçün faydalı ola bilər.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS