AZERBAIJAN NATIONAL                 ACADEMY OF SCIENCES
DIVISION OF BIOLOGICAL AND MEDICAL SCIENCES
Photo
MBBİ-nin icraçı direktoru elmi tədqiqat müəssisələrinin akkreditasiyasına həsr olunmuş təlimdə iştirak edib
Apr 07, 2022 | 11:00 / Conferences, assemblies
Read 353 times

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) icraçı direktoru, b.ü.f.d., dosent Ələmdar Məmmədov “Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi tədqiqat müəssisələri akkreditasiya prosesinin gücləndirilməsi”nə həsr olunmuş layihədə iştirak edib.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində “İBF” şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilib. Layihənin iştirakçılarına təlim Achim Hopbach, Emil Əsgərov və Elçin Hacıyev tərəfindən tədris olunub. Achim Hopbach elmi müəssisələrin akkreditasiyadan keçməsi üçün “daxili keyfiyyət təminatı prosesi qaydaları”nın məqsəd, vəzifələri və əhəmiyyəti barədə çox ətraflı çıxış edib. Öz çıxışında Achim Hopbach akkreditasiya tələbləri, strukturu, əsaslandırılması, tədqiqat proqramı və fəaliyyəti, keyfiyyət göstəriciləri, tədqiqat nəticələri, doktorantura təhsili, proqramlar üçün əlavə meyarlar haqqında geniş məlumat verib. Həmçinin akkreditasiyanın əsas iştirakçıları elmi tədqiqat institutları, AAK və AAK-nın yaratdığı ekspert şurası və AAK-nın rəyasət heyəti və onların funksiyaları barədə danışılıb.

Tədbirdə akkreditasiyanın aparılması üçün müraciət etmiş müəssisənin məsul şəxsləri ilə ekspert şurasının üzvlərinin görüşü zamanı hansı etik qaydalara əməl olunması, ekspert şurası və onun sədrinin rolu və məsuliyyətləri, müsahibənin məqsədi, sualların qoyulma tərzi haqqında məlumat verilib və www.akkreditasiya-aak-az saytının təqdimatı keçirilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 www.science.gov.az

Copyright © 2015 Institute of Information Technology of ANAS